Rusiyanın Noyabrsk şəhərində gecə saatlarında ikimərtəbəli taxta evdə çıxan yanğın nəticəsində 3 nəfər ölüb.
Panarama.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində ana və iki azyaşlı övladı yanaraq həlak olub.
Yanğın nəticəsində evin 1-ci və 2-ci mərtəbələrinin konstruksiyaları, dam örtüyü və evin içərisindəki əşyalar yanıb. Yanğının hansı səbəbdən baş verdiyi bilinmir. Araşdırma aparılır.
Əldə etdiyimiz məlumata görə, ölən şəxslər əslən azərbaycanlıdır. Belə ki, vəfat edən ana və övladları əslən Astara rayonundandırlar. Onlar uzun müddətdir ki, Rusiyanın Noyabrsk şəhərində yaşayırmışlar./mətbuat.az