661bcedb421cb202404244059
Rusiyada azərbaycanlı özündən 15 yaş kiçik arvadını öldürdü

Azərforum xəbər verir ki, Sankt-Peterburqda azərbaycanlı 27 yaşlı arvadını qısqanclıq zəminində öldürüb. Bu barədə cümə günü, aprelin 12-də “Mash на Мойке” Telegram kanalı məlumat yayıb.

Bildirilir ki, hadisə Şuşarı qəsəbəsində baş verib. Araz adlı azərbaycanlı iki ay əvvəl həyat yoldaşını boğub öldürməyə çalışsa da, qadın onun əlindən çıxa bilib, daha sonra isə polisə müraciət edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Araza ölümlə hədələmə maddəsi ilə cinayət işi açıblar və onu barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

Lakin bir gün əvvəl Araz bıçaqla həyat yoldaşına hücum edib və onun boyun nahiyəsinə çoxsaylı zərbələr endirib. Qadın hadisə yerində ölüb.

“Mash на Мойке” yazır ki, hadisə baş verən günü Araz içkili olub. Hazırda polis tərəfindən saxlanılan şəxsə ikinci cinayət işi açılıb - bu dəfə adam öldürməyə görə.

14.04.2024 16:40
329

(MGID): :
OXŞAR XƏBƏRLƏR