Rusiyanın Vladivostok şəhərində, "Sedanka City" ticarət mərkəzinin yaxınlığında əlində silah olan iki nəfər saxlanılıb.
Panarama.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Primorsk diyarı hökumətindən xəbər verilib.
Bildirilir ki, bununla əlaqədar ticarət mərkəzi boşaldılıb, hadisə yerinə hüquq-mühafizə orqanları, polis və Rusiya Milli Qvardiyası cəlb olunub.
"Saxlanılanların üzərindən silah və iki saxta qumbara aşkar edilib. Silah hərbi xarakterli deyil (boş güllələr atır - red.) və heç bir təhlükə yaratmır. Vəziyyət təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb", - deyə məlumatda vurğulanıb.