Rusiyadan Azərbaycana daha bir QADAĞA
İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin fitosanitar nəzarəti zamanı Rusiya Federasiyası üçün karantin növünə aid diri imaqolar aşkar edilib.
Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.
Yoluxmuş məhsulların idxalı qadağan edilib.
Qeyd edək ki, iyulun 11-dən etibarən Azərbaycanın “Allbuy” MMC və “Milk Products” MMC şirkətləri tərəfindən istehsal olunan bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağan edilib.