64db978b01a57202308231939
Rusiyadan Ukraynaya hava hücumu!

Ukrayna tərəfi Rusiya ordusunun gecə saatlarında Lvov şəhəri və Ukraynanın qərbindəki Volın vilayətinə hava hücumu təşkil etdiyini açıqlayıb.

Panarama.az  xarici KİV-ə istinadən xəbər verir ki, aviazərbələr nəticəsində 3 nəfər ölüb, onlarla insan yaralanıb.

Volın vilayətinin qubernatoru Yuriy Poulyaiko verdiyi açıqlamada, “Rusiya ordusu Volın vilayətinin Lutsk şəhərində sənaye müəssisəsinə hücum edib. Burada ölüm halları qeydə alınıb. Yaralılar xəstəxanaya çatdırılıb”, - deyə bildirib.

Lvov qubernatoru Maksym Kozytskyi, “Lvovda azı 15 nəfər yaralanıb. 6 dron onlarla binanı və uşaq bağçasının bağını vurub. Burada 10 yaşlı uşaq dünyasını dəyişib”.

15.08.2023 19:18
194

(MGID): :
OXŞAR XƏBƏRLƏR