Rusiyanın paytaxtı Moskva şəhərinin Domodedovo və Vnukovo hava limanları müvəqqəti olaraq təyyarələri qəbul etmir və göndərmir.
Panarama.az “Ölkə.az”-a istinadən xəbər verir ki, bu barədə aviasiya xidmətləri məlumat yayıb.
“Vnukovo və Domodedovo təyyarələrin qəbulu və göndərilməsi üçün müvəqqəti bağlanıb”, - deyə bildirib.
Qeyd olunub ki, təyyarələr Şeremetyev hava limanına yönləndirilib.