64dcfe850f0a6202308235117
Rüşvətə görə tutulan general HƏBSDƏ ÖLDÜ

Federal Təhlükəsizlik Xidmətinin generalı Gennadi Lopırev həbsxanada dünyasını dəyişib.

Panaram.az Lent.az-a istinadən bildirir ki,  Rusiya mediasından olan məlumata görə ölümündən bir qədər əvvəl o, halsızlıqdan şikayət edib. G. Lopırev xəstəxanaya çatdırılsa da, orada ölüb.

Xatırladaq ki, 2017-ci ildə Lopırev ümumilikdə 7 milyon rubla (təxminən 122 min 500 manat) yaxın rüşvət almaqda, habelə qanunsuz silah alveri üzrə iki epizodda təqsirli bilinib. O, günahını etiraf etməkdən imtina edib. O, 150 milyon rubl (təxminən 2 milyon 625 manat) cərimə ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

16.08.2023 20:46
353

(MGID): :
OXŞAR XƏBƏRLƏR