677be7c530088202501252509
Saat 09:30-da qaz kəsiləcək - Bu ərazilərdə... 07.01.2025

Sabunçu və Xətai rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Panarama.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

“Ramana” QPS-də, orta təzyiqli qaz xəttində və Xətai rayonu Y.Əliyev küçəsində aparılan təmir-bərpa işləri ilə əlaqədar sabah saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu Ramana qəsəbəsi, Yeni Ramana, Bünyadzadə, Tağıyev, Yeni Zaman küçələri, Sabunçu qəsəbəsinin 9-cu mədən ərazisi, Suraxanı xidmət sahəsi üzrə Deputat küçəsinin bir hissəsində və Xətai rayonun bəzi hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq./metbuat.az 

06.01.2025 18:24
1579

(MGID): :
OXŞAR XƏBƏRLƏR