6801625d3f084202504251941
Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə... 18.04.2025

Xəzər rayonu, Mərdəkan qəsəbəsində, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində və Xətai rayonu ərazisində aparılacaq təmir işləri ilə əlaqədar 18.04.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Panarama.az bildirir ki, bu barədə Metbuat.az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Mərdəkan bağlarının, Stansiya Qala və Mərdəkan yaşayış massivlərinin, Binəqədi rayonu üzrə M.Ə.Rəsulzadə qəsəbəsinin F.Rüstəmov, Koroğlu, Ü.Hacıbəyov, Z.Mehdiyev, F.Qayıbov, C.Cabbarlı küçələrinin, Xətai rayonu üzrə isə Zığ kəndi və Gəncə prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

18.04.2025 00:17
675

(MGID): :
OXŞAR XƏBƏRLƏR