Sabah Masallının 4 yaşayış məntəqəsində qaz kəsiləcək.
Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, rayonun Boradigah qəsəbəsində 2024-2025-ci illər Payız-qış tədbirlər planına uyğun olaraq ŞQTM-200 tipli qaz tənzimləyicinin quraşdırılması üçün Boradigah qəsəbəsi, Bədəlan, Babaser və Türkoba kəndinin bir hissəsi olmaqla ümumilikdə 4500 abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.