Sabah Bakının Suraxanı və Binəqdi rayonları, eyni zamanda Sumqayıt şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə “Ölkə.az”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, iyulun 24-ü saat 10:00-dan etibarən təmir işləri ilə əlaqədar olaraq qaz təchizatı “Bahar” QTM-dən dayandırılacaq. İşlər başa çatanadək Suraxanı rayonu, Bahar və Dədə Qorqud yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Eyni zamanda təmir-bərpa işləri Binəqədi rayonu 7-ci mikrorayon Abay Kunanbayev küçəsində və Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində də görüləcək.
Bu baxımdan Binəqədi rayonunun Abay Kunanbayev, İlham Hacıyev, S.S.Axundov küçələrinin və Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.