64d87df75054e202308235343
Saç və makiyajı üçün iki ildə 55 min avro xərclənib

Almaniya hökuməti keçmiş kansler Angela Merkel 2021-ci ildə vəzifəsini tərk etdikdən sonra onun saç və makiyajına təxminən 55 min avro xərcləyib.

Panaram.az xarici mətbuata istinadən xəbər verir ki, Merkel hələ də bəzi xərclər üçün federal hökumətə hesab göndərir. Əldə edilən sənədlərə görə, dəftərxana Merkelin həm dövlət, həm də özəl tədbirlərdə saç və makiyaj xərclərini ödəyir. Bu il 17 200 avro, keçən il isə 37 780 avro ödənilib.

İndi Angela Merkel uzun müddətdir ki, vizajisti ilə işləmir, lakin Berlində modelyer kimi çalışan yeni saç və vizajistin xidmətlərindən istifadə edir.

13.08.2023 10:51
230

(MGID): :
OXŞAR XƏBƏRLƏR