Aktrisa Aydan Axundzadə anası ilə fotosunu yayımlayıb.
Panarama.az Axşam.az-a istinadən xəbər verir ki, o, anasının ad günü olduğunu vurğulayıb.
"Mənim gözəlimin doğum günüdür. Saçlarımda hər zaman sığalın, gözlərimdə hər daim əksin, həyatımda bir ömür xeyir-duan olsun, anam! Yaxşı ki, varsan! Varlığınla mən hələ də özümü uşaqtəkin qayğısız, rahat hiss edim. Doğum günün mübarək, səma gözlüm" deyə, Aydan paylaşımında yazıb.