64d7a71a438ea202308233658
Saçlarımız haqqında bunları bilmək - MARAQLI OLAR

Saçlarımızın sağlam, parlaq və möhkəm olması hər birimiz üçün çox önəmli məsələlərdən biridir.

Aşağıda saçlarımız haqqında bilmədiyiniz məlumatlarla tanış ola bilərsiniz:

Saçlar cinayətlərin araşdırılması zaman çox vaxt dəlil olaraq istifadə olunsa da , lakin bir saç nümünəsi sahibinin cinsini müəyyənləşdirməyə yardım ola bilməz.

İnsan bədəninin səthində təxminən 5 milyon saç kökü var.

Saçlarınız tökülürsə, mütləq şəkildə olaraq laboratoriya analizləri vasitəsi ilə qanınızda dəmirin səviyyəsini yoxlayın, çünkü dəmir defisitli anemiya hemoqlobinin aşağı olmasından əsaslanır.

Yer kürəsində yaşayan insanların əksəriyyəti tünd saçlara sahibdirlər, yalnız 2 % insan sarışındır.

Cox maraqdılıdır ki, saçların quruluşu müxtəlif dövrlərdə insanın qanında olan maddələr haqqında məlumat verib , əsasən də saçlar narkotik maddə qəbul etmiş insanları qısa bir müddətdə ifşa edir.

İnsanın ilk saçları ana bətnində olarkən yaranır, bu təxminən hamiləliyin IV-V həftəsinə təsadüf edir.

Dəri altında olan tükün yeganə canlı hissəsi, onun kökləridir.

Bir saç 5 ilə yaxın yaşayır.

Yer üzündə heç bir insanın tamamilə düz saçları yoxdur. Bütün saç növləri böyüdükcə qıvrılmağa meyillidirlər.

Maraqlıdır ki, sarışın saçlı insanlar, tünd saçlı insanlardan nisbətən daha çox tüklüdürlər.

Yaş saçlar, quru saçlardan 30% daha uzun olur.

İsti hava saçların böyüməsini stimullaşdırır, soyuq havalar isə mane olur.

Saçların uzanma sürəti orta hesabla gündə 0.4-0.5 mm təşkil edir.

Gün ərzində insan təxminən 200-ə yaxın saç itirir.

Bir insanın niyə bu qədər saçının olmasını heç düşünmüsünüzmü? Saçlar qoruyucu rol oynayır, çünki başın üstündə qoruyucu bir yağ təbəqəsi yoxdur.

Cəmiyyətdə kürən saçlı insanlarla nadir rastlaşmaq olur. Bu cür saçlar yalnız 1 % insarlarda olur.

Saçlarımızın 97%-i zülaldan, 3-i isə sudan ibarətdir.

Saçlarınızın gigienasına fikir verin. Onları yumaq üçün ən normal dərəcə 35-40-dır.

Etnoqraf və ezoteriklər əminliklə bildirirlər ki, saçlarla bağlı qədim inanclar və ənənələr insanların ilahi bir varlıq olmasından və saçların insan həyatında müəyyən bir əhəmiyyət kəsb etməsindən xəbər verir. Buna görə qədim zamanlarda Misirdə, Çində və Rusiya ərazisində uşaqların saçını keçəl qırxmazdırlar.

Daimi olaraq saçlarımızın 90 %-i böyümə mərhələsindədir, 10 %-i isə istirahətdədir.

Saçlarınız tökülürsə, yerində yeniləri əmələ gələcəkdir. Bu proses həyatda 20 dəfə təkrar oluna bilər.

Heç bilirdinizmi ki, ətinizin ürpəşdiyi zaman nə baş verir? Ətinizin ürpəşməyi saç köklərinin yaxınlığında olan əzələlərdə yaranan spazm ilə əlaqədardır və buna da soyuq və ya qorxu səbəb ola bilər.

Saç insanın digər toxumalarından nisbətən böyümə sürətinə görə, 2-ci yeri tutur (1-ci yerdə sümük iliyidir)

Xristian aləmində belə bir adət var. Onlar təzə doğulan uşaqları xaç suyuna salarkən , uşağın saçından bir az kəsib, onu muma büküb, “müqəddəs suyun” içinə atardılar. Əgər mum suda batırdırsa, uşağın qısa ömürlü olacağını, yox,əgər mum suyun üzərində qalardırsa, uşağın uzunömürlü olacağını söyləyirdilər.

Tək bir insan saçı təxminən 100 g ağırlığında olan çəkini qaldıra bilər. Hər kəs orta hesabla 100 min tükə sahibdir, yəni saçlar 2 fili belə qaldıracaq qədər gücə malikdirlər.

Sarışın pariklər tünd çalarlarda olan pariklərdən daha bahalıdırlar.

Herodot yazırdı: “Hər kəs öz kəsilmiş saçına və dırnağına çox diqqətlə yanaşmalıdır, çünki kəsilmiş dırnaq və ya saçlarınız cadugərlərin və yaxud falçıların əllərinə düşməməlidir”.


12.08.2023 19:28
361

(MGID): :
OXŞAR XƏBƏRLƏR