64f83b6b8cc9c202309234219
Şagirdlər narkotestdən KEÇİRİLƏCƏK...

Qazaxıstan Daxili İşlər Nazirliyi şagirdlərin müntəzəm narkotestdən keçirilməsi imkanlarını müzakirə edir.

Panarama.az  yerli KİV-ə istinadən xəbər verir ki, 2024-cü ilin birinci yarısında bu prosedurun qanuniləşdirilməsi planlaşdırılır.

Qeyd olunub ki, yoxlanışlar yalnız valideynlərin razılığı ilə həyata keçiriləcək.


“Narkotik vasitələrin aşkarlanması üçün məktəblilər arasında skrininqin keçirilməsi planlaşdırılır. Bu, 2023-2025-ci illər üçün narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə kompleks plana daxil edilib. Qanunvericilik işlənib hazırlanmalıdır, söhbət məktəblilərdən getdiyi üçün bu, həssas məsələdir”, – deyə Qazaxıstan Daxili İşlər Nazirliyinin Narkotiklə Mübarizə İdarəsinin rəis müavini Baxıtjan Əmirxanov bildirib.


O xatırladıb ki, 2012-ci ildə məktəblilərin testdən keçirilməsi məsələsi qaldırılıb və bir çox valideyn buna qarşı çıxıb. İndi onların əksəriyyəti lehinədir, çünki əks halda narkotik vasitələrin istifadəsini izləmək mümkün deyil.

Qeyd edək ki, bu gün Qazaxıstanda 18 mindən çox insan narkoloji dispanserlərdə qeydiyyatdadır, onlardan 100-ə yaxını uşaqdır./konkret.az

06.09.2023 12:40
265

(MGID): :
OXŞAR XƏBƏRLƏR