64ec123f96faf202308231927
Sağlam KÖKƏLMƏNİN YOLLARI - Tanınmış fitoterapevt açıqladı

Sağlam kökəlmək istəyənlər çəki artımına mane olan səbəbi araşdırmalı və nədən şübhələnməli olduqlarını bilməlidirlər.

Kökəlməyə mane olan ilkin səbəblərdən biri qurd xəstəlikləridir.

Bəs nələri yemək lazımdır?

Xəmir yeməkləri, yeməyin üstündən ləbləbi, şirin meyvələr, məsələn, üzüm, əncir, ərik, kişmiş yemək lazımdır. Açıq havada yavaş-yavaş gəzmək faydalıdır. Yemək həmişə eyni vaxtda yeyilməlidir, çünki yemək vaxtı çatanda mədə şirə ifraz edir, bu da iştaha ilə yeməyə səbəb olur. Yeməyi kollektiv olaraq yeyin, süfrə başında camaat olmasında bərəkət vardır. Quzu yox, qoyun ətinə üstünlük verin, kərə yağı işlədin.

Kökəlmək üçün məcun:

- Qovrulmuş un - 0.5 kq

- Kərə yağı - 0.5 kq

- Bal - 1 kq

- Qoz - 100 qr

- Ərəb xurması - 200 qr (əzilmiş)

- Balqabaq (qaynadılmış və əzilmiş) - 200 qr

- Zövqə görə zəncəfil, darçın, mixək qarışdıra bilərsiniz.

Əvvəlcə yağ əridilir, un əlavə edilib qarışdırılır, sonra ocaqdan götürülüb, bal və digər ərzaqlar əlavə edilib qarışdırılır. Məcundan gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı yeyilir./sağlam olun.az

28.08.2023 07:18
259

(MGID): :
OXŞAR XƏBƏRLƏR