Azərbaycanda turistlərin üz tutduğu qış istirahət əyləncə mərkəzlərindən biri də Şahdağ istirahət və əyləncə kompleksidir. Burada müxtəlif növ xizək və snowboard xidmətləri təklif olunur.
Bəs, kimlər qış turizminin dadını çıxarmaq üçün bu mərkəzə gedir və qiymətlər neçəyədir? Banker.az bu dəfə turizm kompleksində idman və əyləncə növləri, restoran və hotel qiymətlərini təqdim edir.
Belə ki, “Şahdağ” Turizm Mərkəzinə gedənlər ilk növbədə qarda xizək sürməyi seçirlər.
Xizək turu üçün avadanlıqların icarə qiymətləri:
SPORT SYSTEM (ZIRVE HOTEL)
SPORT SYSTEM (SHAHDAG HOTEL SPA)
Mərkəzdə 24 restoran, kafe fəaliyyət göstərir. Restoranların birində ən ucuz yeməklər supdur ki, qiyməti 6 manatdır.
Qazsız su 5, ayran 3, spirtli içkilərin qiyməti 4-200 manat arasında dəyişir.
Bir gecəlik hotel qiymətlərinin ən ucuzu 175 manatdır. Otaqlar genişliyinə, mənzərəsinə görə, fərqli qiymətlərə təklif olunur.
MÖVSÜM ÜÇÜN XİZƏK BİLETLƏRİNİN QİYMƏTLƏRİ
PARAPLANDA UÇUŞLAR
1760 m-dan eniş (14+ yaş) – 150₼ (havada qalma müddəti: 20 dəq.)
2050 m-dən eniş (14+ yaş) – 200₼ (havada qalma müddəti: 30 dəq.)
2351 m-dan eniş (14+ yaş) – 250₼ (havada qalma müddəti: 40 dəq.)
ZİP-LİNE / KANATLA SÜRÜŞMƏ
2 eniş – 25 ₼
1 eniş – 15 ₼
QAR ÜZƏRİNDƏ PEYNTBOL
200 top (14+) – 30₼
100 top (14+) – 20₼
Peyntbol hədəfi vurma 50 top – 12₼
UŞAQLAR ÜÇÜN KVADROSİKLLAR
10 dəqiqə – 15 ₼/buta.media