İtaliyanın Montesilvano şəhərində qız və oğlanlar arasında dünya birinciliyində son turun oyunları keçirilir.
Panarama.az “Qafqazinfo”-ya isitnadən xəbər verir ki, 18 yaşlı qızlar arasında mübarizə aparan Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva 11 turda 9,5 xal toplamaqla dünya çempionu olub.
Qeyd edək ki, yarışda 94 ölkədən 1000-ə yaxın şahmatçı iştirak edir.
Xatırladaq ki, A. Allahverdiyeva 2019-cu ildə Bratislavada keçirilmiş Avropa çempionatında 9 oyundan 7,5 xal yığaraq ikinci dəfə 14 yaşlı qızlar arasında Avropa çempionu adını qazanıb.