65286c720061b202310230018
Şahmatçımız Gövhər Beydullayeva DÜNYA ÇEMPİONU OLDU....

Azərbaycanlı şahmatçı Gövhər Beydullayeva gənclər arasında dünya çempionu olub.

Panarama.az Metbuat.az-a istinadən xəbər verir ki, İtaliyada keçirilən rapid və blits üzrə gənclər arasında şahmat üzrə dünya çempionatı Azərbaycanı yarışda təmsil edən Beydullayeva rapid üzrə 11 turun nəticələrinə əsasən 9 xal toplayaraq 1-ci yeri tutub.

Gənclər arasında dünya çempionatı blits-turnirlə davam edəcək.

Qeyd edək ki, Azərbaycanı yarışda Maqomed Muradlı və Gövhər Beydullayeva təmsil edir. Reytinqə görə, Muradlı 47 iştirakçı arasında dördüncü, Beydullayeva isə 24 iştirakçı arasında üçüncüdür.



13.10.2023 01:57
1676

(MGID): :
OXŞAR XƏBƏRLƏR