Azərbaycanlı şahmatçı Gövhər Beydullayeva gənclər arasında dünya çempionu olub.
Panarama.az Metbuat.az-a istinadən xəbər verir ki, İtaliyada keçirilən rapid və blits üzrə gənclər arasında şahmat üzrə dünya çempionatı Azərbaycanı yarışda təmsil edən Beydullayeva rapid üzrə 11 turun nəticələrinə əsasən 9 xal toplayaraq 1-ci yeri tutub.
Gənclər arasında dünya çempionatı blits-turnirlə davam edəcək.
Qeyd edək ki, Azərbaycanı yarışda Maqomed Muradlı və Gövhər Beydullayeva təmsil edir. Reytinqə görə, Muradlı 47 iştirakçı arasında dördüncü, Beydullayeva isə 24 iştirakçı arasında üçüncüdür.