«Qarabağ»ın qapıçısı Şahruddin Məhəmmədəliyev maraqlı paylaşım edib.
O, sosial şəbəkə hesabında HİK-lə Bakıda keçirilən ilk oyundan (2:1) video yerləşdirib.
Millimizin də şərəfini qoruyan dağıstanlı kiper bununla tənqidçilərinə cavab verib.
Finlandiya klubu ilə buradakı qarşılaşmada bir neçə seyvlə yadda qalan «əlcək sahibi» paylaşımı ilə ona irad bildirən kəsimlə razılaşmadığını göstərib.