669f1c2e4d7ce202407245750
Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Suraxanı, Binəqədi və Xəzər rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Panarama.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.

Bildirilib ki, Suraxanı, Binəqədi rayonunda və "Mərdəkan bağları" QPS-də aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar 01.08.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonunun Hövsan qəsəbəsi, Bağlar massivində, Bülbülə və Yeni Suraxanı qəsəbəsində, həmçinin Binəqədi rayonu, Məlik Aslanov küçəsində və Xəzər rayonu, Mərdəkan yeni yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq./oxu.az 

01.08.2024 06:17
425

(MGID): :
OXŞAR XƏBƏRLƏR