66d74cd0882a7202409245216
Sakinlərin DİQQƏTİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Masallı rayonunun 4 kəndində qazın verilişi dayandırılacaq.

 

Panarama.az bildirir ki, Sfera.az-ın məlumatına görə, rayon ərazisində yerləşən “Masallı” qaz paylayıcı stansiyadan qidalanan Qəriblər kəndində 2024-2025-ci illər payız-qış tədbirlər planına uyğun olaraq qaz xətlərini dayaq üzərinə qaldırılması üçün Qəriblər, İsilər, Məmmədrzaküçə və Əzizabad kəndlərinin ümumilikdə 600 abonentin qaz təchizatının 5 sentyabr tarixində saat 10:00 dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

 

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

04.09.2024 20:37
259

(MGID): :
OXŞAR XƏBƏRLƏR