66d74cd0882a7202409245216
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Xəzər və Suraxanı rayonlarının bir hissəsində qazın verilişində məhdudiyyət yaranacaq.

Bu barədə Oxu.Az-a "Azəriqaz" İB-dən bildirilib.

Məlumata görə, sentyabrın 10-u saat 10:00-dan etibarən Xəzər rayonunun Binə qəsəbəsində qaz xəttinin torpaq səthindən hündürlüyə qaldırılması və Bakavtomat ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi, həmçinin saat 09:00-dan "Bahar" QTM-dən "Suraxanı" QTM-ə gedən qaz kəmərində yeni çəkilmiş yol keçidinin birləşmə işlərinin aparılması məqsədilə qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Binə qəsəbəsinin Gürcüstanlılar məhləsinin, Kanal üstü, Bakavtamat və Pekarnı yolu adlanan ərazilərin, həmçinin Suraxanı rayonu üzrə isə Bahar və Dədə Qorqud yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.



19:52

Yardımlı rayonunun iki kəndində qazın verilişində məhdudiyyət yaranacaq.

"Report"un məlumatına görə, rayon ərazisində "Yardımlı" qazpaylayıcı stansiyadan qidalanan Çayüzü kəndi istiqamətində 2700 metr ortatəzyiqli qaz xətlərinin kipliyə sınaq edilməsi məqsədilə 11 sentyabr tarixində saat 14:00-dan işlər başa çatanadək Çayüzü və Pirembel kəndləri olmaqla ümumilikdə 220 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

Əhalidən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

10.09.2024 01:05
154

(MGID): :
OXŞAR XƏBƏRLƏR