Salyanda avtomobilin su kollektoruna aşması səbəbindən 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı cinayət işi başlanılıb.
Oxu.Az xəbər verir ki, faktla bağlı Salyan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, ötən gün 1992-ci il təvəllüdlü Aqil Məmmədov idarə etdiyi "Mercedes-Benz" markalı avtomobili rayonun Seyidlər kəndi ərazisində şor su kollektoruna aşırması nəticəsində özü, sərnişinləri - 1990-cı il təvəllüdlü Nərmin İsmayılova, 2010-cu il təvəllüdlü Rza İsmayılov, 2012-ci il təvəllüdlü Hüseyn İsmayılzadə hadisə yerində ölüblər.
Avtomobildə olan 1983-cü il təvəllüdlü Elşən İsmayılov və azyaşlı 2021-ci il təvəllüdlü Ziya İsmayılov isə sağ qalıblar.
Fotoda Aqil Məmmədov
00:28
Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsində bir ailənin üç üzvü həlak olub.
Oxu.Az "Report"a istinadən məlumat verir ki, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində rayonun Dayıkənd kənd sakinləri - 1993-cü il təvəllüdlü Aqil Amil oğlu Məmmədov, Nərmin Güləli qızı İsmayılova və onun azyaşlı övladları R.İ. və H.İ. suda boğularaq ölüblər.
Daha bir uşaq isə avtomobildən sağ çıxarılıb.
Qeyd edək ki, A.Məmmədov Salyan Rayon İcra Hakimiyyətində təlimatçı işləyib.