Salyanda hərbçilər dəm qazından öldü
Salyanda iki nəfər dəm qazından boğularaq ölüb.
Panarama.az Apa.az-a istinadən xəbər verir ki hadisə Salyan şəhərində qeydə alınıb.
Bədbəxt hadisə nəticəsində ölənlər Sabirabad sakini, 1998-ci il təvəllüdlü Davud Qabil oğlu Ələkbərzadə və Neftçala sakini, 1995-ci il təvəllüdlü Urufət Oruc oğlu Ağamməmmədovdur.
Onlar hadisə baş verən evdə kirayədə yaşayıblar.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.