Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib.
Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər Sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub.