Stilist Samir Əliyev (Samiraldo) bu dəfə rəqsi ilə hər kəsi şoka salıb.
Panarama.az Kanal.az-a istinadən xəbər verir ki, bir müddətdir özünəməxsus tərzdə mahnılar yazdıran stilist həm toy, həm də ad günü məclislərində iştirak edir.
Samiraldonun restoranların birindən çəkilmiş yeni görüntüsü isə insanları hiddətləndirib. Belə ki, məclisdə oxuyan stilist rəqs zamanı alt paltarını göstərib.
Qısa zaman ərzində sosial şəbəkələrdə sürətlə yayılan biabırçı görüntülər izləyicilərin sərt tənqidləri ilə üzləşib.