64dd088f143e4202308233407
Samirə Mustafayeva formada qalma sirrini bölüşdü...

Aparıcı Samirə Mustafayeva izləyicilərinin suallarını cavablandırıb.

Panarama.az  axşam.az-a istinadla  xəbər verir ki, aparıcı ona həyatda stimul verən amillərdən danışıb.

"Həyatı çox sevən və səbəbsiz xoşbəxt olmağı bacaran adamam. Belə ruhda ətrafımıza baxıb stimul alacağımız çox şey var. Birincisi özünüz" deyə, aparıcı bildirib.

Biznesdən danışan Samirə "Uğur qazanmaq üçün pulu sevmək, düzgün yatırım etməyi bacarmaq lazımdır" sözlərini əlavə edib.

Samirə uzun illərdir arzuladığı ünvanda yaşadığını da gizlətməyib:

"Uzun illər arzuladığım ərazidə yaşayıram. Nəhayət ki...".

"Yenidən ailə qurmaq haqda düşünürsünüz" sualına Mustafaveya "Yox, bu haqda düşünmürəm" reaksiyasını verib.

Xəbər aparıcıları haqda suallara isə S.Mustafayeva bu sözlərlə reaksiya verib:

"Xəbər sahəsi asan deyil. Bunu unutmayaq. Bu sahədə uzun illər çalışmaq, hadisələri, məlumatları canlı çatdırmaq... Uzun zaman bu sahədə olanlar zəncirvari olaraq bütün tarixi hadisələrdən məlumatlıdırlar. Mənə görə, xəbər aparıcısı nə qədər çox öz sahəsində davam etsə, bir o qədər peşəkarlaşar. Bir xəbər aparıcısının yetişməsi uzun zaman tələb edir. İllərini bu sahəyə həsr edənlərin hər biri savadlıdır".

Samirə formada qalma sirlərini də izləyiciləri ilə bölüşüb:

"62 kiloqramam, çalışıram sağlam qidalanım. Artıq 16 ildir çörək yemirəm. Kartof çox nadir hallarda yeyirəm. Daha çox ət, balıq, yumurta, tərəvəz düyü yeyirəm. Su vacibdir. Kofesiz qala bilmirəm. İdmanı əskik etməmək lazımdır. Amma kökəldiyimi hiss edən kimi qarşısını mütləq alıram ki, pəhriz olmasın".


16.08.2023 21:31
306

(MGID): :
OXŞAR XƏBƏRLƏR