65b7275d141c2202401241941
Samirə Yusifqızı: "Tamaşaçıları aldatmaq mümkün deyil"
“Dəvəquşu kolluğa girir, başını gizlədir, arxası qalır çöldə. Elə bilir ki, onu heç kim görmür. Müğənnilərin də əksəriyyəti belədir. Etdikləri əməlləri elə bilirlər ki, ancaq özləri bilir. Tamaşaçıları aldatmaq mümkün deyil. Artıq hər şey sosial şəbəkədədir, gizlətmək mümkün deyil” Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı deyib. O daha sonra əlavə edib. “Bir də görürsən ki, efirdə kiməsə maşın, ev hədiyyə olunur, gül gətirirlər. Guya camaat bilmir ki, bunu kim edir? Əlbəttə ki, özləri! Kimi aldadırlar?! Aparıcılara da reytinq lazımdır. Mənə də belə təkliflər olub, amma imtina etmişəm. Mən ucuz reklama getmərəm. Məni yetərincə xalq tanıyır və sevir. Maşının üstünə bantik də bağlayırlar. Hansı axmaq bu gün kiməsə havayı nəsə verir?! Uzaqbaşı bir ətir verər, 1500 manatlıq qızıl verər. Amma kimsə kiməsə ev, maşın hədiyyə edər?! Bəsdirin də! Özünüzü kimə göstərirsiniz, ay meymunlar! Nə demək istəyirsiniz? Sizin hər tərəfiniz qızıldır?! Mən “prostoy”-am? Mənim elə hər yerim brilliantdır, amma heç bir kişi indiyə qədər mənə nəsə hədiyyə etməyib! Çünki heç bir yerimi kiminsə qabağında açıb qoymamışam” deyə Samirə Yusifqızı deyib. O daha sonra əlavə edib.“Boş qalan kimi şayiə yayırlar ki, “Samirə Oqtay Kamillə danışmır, aralarında soyuqluq var”. Əksinə, münasibətimiz çox əladır, yeni işlər gəlir. Bu şayiələri yayanları da bilirəm ki, kimlərdir. Kimə nə sərf edir, onu da edir. Məni 10 dəfə “öldürüb dirildiblər”. Əvvəllər əsəbləşirdim, indi boş verirəm. Yalandan deyirlər ki, sevgilisi var. Allaha and olsun ki, heç kimlə nə sevgiliyəm, nə də ki, yaşayıram. Tövbə, balalarımın canı! Neçə ildir ki, kişiləşmişəm, qadınlığı unutmuşam. Mənə heç nə lazım deyil. Evdə 4 sevgilim var, biri anamdır, biri oğlum, biri qızım, biri də nəvəm. Ondan da artıq sevgili lazımdır mənə? Kimsə gəlib məndən istifadə edəcək ki, Samirə toylara gedir, gətirsin yeyib, yatım. Onun atasının başı haqqı! Mən elə kişini özümə yaxın qoymaram. Normal, ciddi adam olsa bəlkə də başqa məsələ! Mən heç bir kişinin ikinci saxladığı qadın olmaram! Özümə, şəxsiyyətimə hörmət edirəm. O qədər ucuz, aşağı səviyyədə deyiləm ki, gedib kiminsə yanında oturum ki, mənə nəsə versin! Onun təpəsinə dəysin! Mənə verdiyi pulla ona paltar tikərəm! Mənim heç kimin puluna ehtiyacım yoxdur. Həqiqi həyat yoldaşı, qulaq sirdaşı insana yaşlaşanda lazım olur. Amma alfons ərdənsə elə mənim kimi tək qalmaq yaxşıdır. Kül olsun o qadınların, müğənnilərin başına ki, yanında pulla kişi saxlayır. Bir meymun alıb saxlayaram yanımda, heç olmasa bilərəm ki, onunla şəkil çəkdirib, mənə pul verəcəklər” deyə o bildirib. Samirə Yusifqızı xalq artisti ilə quda olacağı xəbərlərinə də ilk dəfə aydınlıq gətirib. “Bu yalan xəbər deyildi. Xalq artisti deyəndə ki, guya mən ondan aşağı səviyyəli adam deyilik ki! Hər birimiz xalqın artistiyik, o da bizim kimi insandır, biz də onun kimi. Belə bir söhbət var idi, oğlu da qızıma yazırdı, gül-çiçək, hədiyyələr göndərirdi. Sadəcə qızım istəmədi, dedi ki, subay oğlandır, mən ailəli olub ayrılmışam, övladım var. Subay oğlana getməyim düzgün deyil. Qızım dedi ki, subaydırsa gedib subay qız alsın. Həm də dedi ki, oğluma cavan oğlan atalıq edə bilməz, ona bu hisslər yaddır. Uşağına görə qorxdu. Amma oğlan özü yaxşı uşaq idi, ailəsi də həmçinin. Həm də qızım bu sənətdə yeni-yeni addımlayır, dedi ki, təhsil almaq istəyirəm. Buna görə bu izdivac alınmadı, yox dedik. Əslinə qalsa mən də istəmərəm ki, şəxsi həyat haqda söz-söhbətlər yayılsın. Bu mənim şəxsi həyatımdır” deyə Samirə Yusifqızı deyib.

29.01.2024 08:18
289

(MGID): :
OXŞAR XƏBƏRLƏR