6846b84238838202506253234

Satışdan geri çağırılan makaronlar niyə Azərbaycanda yığışdırılmır? - RƏSMİ CAVAB

09 İyun 2025
57

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Barilla" makaronları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.


Panarama.az bildirir ki, AQTA-dan Manset.az-a verilən məlumata əsasən, bəzi xəbər saytlarında “Barilla” əmtəə nişanlı “İntegrale Vollkorn Penne Rigate” tam buğda makaronu məhsulu partiyasında uyğunsuzluq aşkarlanması səbəbindən bir neçə ölkədə satışdan geri çağırılması ilə bağlı məlumatlar yer alıb.

Agentlik bildirir ki, xəbərdə qeyd olunan məhsul partiyası Azərbaycana idxal olunmayıb:

"Həmçinin bu əmtəə nişanına məxsus digər məhsul partiyalarının təhlükəsizlik və kefiyyət göstəriciləri ilə bağlı aparılan laborator müayinələrin nəticəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, Azərbaycana gətirilən "Barilla" əmtəə nişanlı makaronlar istehlak üçün yararlıdır".