Aparıcı Rövşanə Ağasəfqızının "Space" televiziyasındakı işinə xitam verilib.
Panarama.az bildirir ki, bu barədə aparıcı Axşam.az-a açıqlamasında bildirib. O, heç bir səbəb olmadan kanaldan uzaqlaşdırıldığını qeyd edib:
"Hazırda məzuniyyətdəyəm. Bu gün "Space TV"nin rəhbəri Vado Korovinin kürəkəni, icraçı direktor mənə zəng vurdu və işimə xitam verildiyini bildirdi. Heç bir səbəb isə söyləmədi. Mənim üçün gözlənilməz oldu. Maraqlı layihə olarsa, iş təkliflərini dəyərləndirməyə hazıram".