Xəbər verdiyimiz kimi, bir neçə gün öncə "Avroviziya 2009"un qalibi Aleksandr Rıbak Bakıdakı konsertində müğənni Səbinə Babayeva ilə eyni səhnəni bölüşüb.
Panarama.az metbuat.az-a xəbər verir ki, səhnədə geyiminə və artıq çəkilərinə görə tənqid olunan sənətçi sosial media hesabında foto paylaşaraq bunları yazıb:
"Sizə nifrət edənlərə hörmət edin. Onlar sizin özlərindən daha yaxşı olduğunuzu düşünənlərdir. Bənzərsiz olmaq, mükəmməl olmaqdan daha yaxşıdır. Mükəmməl insanlar həmişə biri-birinin yanında olurlar".