Panarama.az xəbər verir ki, bu barədə sosial şəbəkədə bildirilib. Jurnalist gecə saatlarında müalicə aldığı klinikada dünyasını dəyişib.
Xatırladaq ki, uzun müddətdir xəstə olan S.Məmmədlinin vəziyyəti bir neçə gün öncə yenidən pisləşmişdi. “Yeni Klinika”ya köçürülən jurnalist hemodializ müalicəsi alıb. Ona kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulmuşdu.
Qeyd edək ki, o, daha əvvəl hər iki ayağının amputasiyası əməliyyatını keçirib./bakupost.az