66f3a05e34a1c202409243214
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti VACİB MƏLUMAT yaydı - 6 ay müddətinə hərbi xidmətə....
Azərbaycanda virus hepatiti, qarın yatalağı, paratiflər keçirmiş vətəndaşların hərbi xidmətə yararlı olub-olmaması əsas müzakirə olunan məsələlərdən biridir. 

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Modern.az-a açıqlama verilib. Bildirilib ki, virus hepatiti, qarın yatalağı, paratiflər keçirmiş vətəndaşlar hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü daxil olan zaman stasionar müalicədən sonra 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar.  "Hepatit B, hepatit C və digər hepatotrop hepatitlər virusu daşıyıcıları hərbi xidmətə yararlı hesab edilirlər", - açıqlamada qeyd edilib.


25.09.2024 09:31
282

(MGID): :
OXŞAR XƏBƏRLƏR