655bc3011394b202311233513
Şəfiqənin də, Rasimin də yaşı 80-dır, gedib nəvələri ilə oynasınlar - Tariyel Qasımov
Bir sıra media orqanlarında verilən xəbərə görə, bir müddət əvvəl buraxılmış Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədrləri Rasim Balayev və Şəfiqə Məmmədova yenidən namizədliklərini irəli sürmək fikrindədirlər. Yaşlarının 80-na yaxın olması və buraxılmış ittifaqlar tərəfindən namizədlər kimi yenidən təklif edilməsi məsələsi bu sferada təmsil olunan şəxslər arasında müzakirələrə səbəb olub. Bu kimi faktorlar qeyd olunaraq yeni yaradılacaq ittifaqa sədrin daha cavan olmasını bildiriblər. 
Panarama.az Manset.az-a istinadən məsələ ilə bağlı tanınmış Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Tariyel Qasımov ilə əlaqə saxlayıb.
Tariyel Qasımov bildirib ki, Şəfiqə və Rasim indiyədək heç bir iş görməyib, elə belə yalandan maaş alıblar. Vəssəlam.
“Mən SSRİ Kinematoqrafçılar İttifaqı üzvü olmuşam. İndi də Rusiya Kinematoqrafçılar İttifaqının üzvüyəm. Bu məsələlərdə onu deyə bilərəm ki, yaşa görə də yeni namizəd seçilsə daha yaxşı olar. namizəd kimi daha cavan, bu işdə çalışmış, vəzifə tutmuş və rejissor olan birini görmək istərdim. Hansıki, bu sədr olsa yeni işlər görə bilsin, işləyə bilsin. Rüstəm İbrahimbəyovun vaxtında hamısı gözəl idi. Amma bu Şəfiqə və Rasim yalnız özləri üçün qazandı. Onların heç birinə razı deyiləm. Hər ikisi nə ediblərsə özləri üçün ediblər. Ona görə də mən etiraz edirəm. Namizəd kimi Elşad Quliyev və Şeyx Əbdülü görmək istərdim. Bu sahədə çalışa biləcək çox yaxşı adamlar var. Şəfiqə və Rasim vaxtilə işləyiblər, nə iş görüblər? Heç nə”.
21.11.2023 00:34
819

(MGID): :
OXŞAR XƏBƏRLƏR