Türkiyənin Dənizli şəhərində baş verən hadisə hər kəsin heyrət və təəccübünə səbəb olub.
Panarama.az Milli.Az-a istinadən bildirir ki, haberler.com xəbər verir ki, taksidən çılpaq halda düşən qadın heç nə olmamış kimi alış-veriş edib. Sonda da heç nə olmamış kimi taksiyə minərək gedib. Bu görüntülərin yayılmasından sonra qadına qarşı istintaq başladılıb.
Sosial mediada paylaşılan görüntülərdən sonra başladılan istintaq müəyyən edib ki, qadın M.B. adlı şəxsdir. Ona qarşı cinayət işi başladılıb.