64dddebad628a202308234754
Şəhid İsə Orucovun anası vəfat etdi...
44 günlük Vətən müharibəsində şəhid olan İsə Orucovun anası Nayibə Orucova vəfat edib.

Panarama.az  Qaynarinfo-ya itinadən  xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. 

E. İslamoğlu paylaşımında, "Şəhid valideynlərinə yenidən ciddi psixoloji dəstək lazımdır. Övlad dərdinə dözə bilmirlər”, - sözlərini də qeyd edib. 

Qeyd edək ki, İsə Razim oğlu Orucov 20 iyun 2001-ci ildə Şəmkir rayonu Seyfəli kəndində anadan olub. O, 27 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”,  "Cəsur döyüşçü" medalları  və "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. 
17.08.2023 12:45
352

(MGID): :
OXŞAR XƏBƏRLƏR