650d010e4dc55202309235054
Şəhid sayılan azərbaycanlı zabit üç günlük axtarışlardan sonra sağ tapıldı - FOTO

28 yaşlı xüsusi təyinatlı zabit Rəsul Ağayev sağ-salamat tapılıb. Şəhid hesab olunan döyüşçü üç günlük axtarışlar nəticəsində aşkar olunub.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Məlumata görə, antiterror tədbirləri zamanı o, ayağından yaralanıb.

Qeyd edək ki, Rəsul Ağayevin iki qızı var. O, YAŞAT Fondunun sədri qazi Elvin Hüseynovun qaynıdır.
Şəkil döyüşçünün tapıldığı vaxt çəkilib.

22.09.2023 06:50
205

(MGID): :
OXŞAR XƏBƏRLƏR