66421b13f246b202405245219
Şəhid xanımı vəzifəyə TƏYİN EDİLDİ

Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova təhsil aldığı universitetdə vəzifəyə təyin edilib.

Panarama.az bildiririr ki, Bizimshow.az-un xəbərinə görə, bu barədə Əzizə Həsənova məlumat verib. 

O bildirib ki, Odlar Yurdu Universitetində İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinə müdir müavini təyin olunub.

Qeyd: İkinci Qarabağ şəhidi Fariz Həsənov Füzuli rayonunun və onun 8 kəndinin alınması əməliyyatında iştirak edib. 2020-ci il oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 16-da torpağa tapşırılıb. Vətən müharibəsində “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

13.05.2024 17:52
785

OXŞAR XƏBƏRLƏR