65003eac3933c202309233420
Şəhidimiz Cəbrayıl Dövlətzadə

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cəbrayıl Dövlətzadə 2001-ci ilin 11 sentyabrında Sumqayıt şəhərində anadan olub.

Panarama.az bildirir ki,  müddətli həqiqi hərbi xidmətini Cəlilabadda başa vuran Cəbrayıl 2020-ci ilin Tovuz döyüşlərində general Polad Həşimovun şəhid olmasından sonra düşməndən qisas almaq üçün könüllü olaraq orduya yazılıb. Vətən müharibəsinin ilk günündə Murovdağdakı düşmən mövqelərinin və xüsusi postların ələ keçirilməsi əməliyyatında 11 zabitlə yanaşı 19 yaşlı Cəbrayıl da iştirak edib. Cəbrayıl Dövlətzadə sentyabrın 28-də Murovdağda döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Cəbrayıl Dövlətzadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Allah rəhmət eləsin...

12.09.2023 14:12
572

(MGID): :
OXŞAR XƏBƏRLƏR