66b45e09c2915202408245625
Şəhidin oğlu faciəvi şəkildə vəfat etdi - FOTO

Birinci Qarabağ müharibəsi şəhidi Xəqani Aslanovun oğlu Cəsarət Aslanov vəfat edib.

Panarama.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Bildirilib ki, C.Aslanov elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

Qeyd edək ki, Xəqani Aslanov 1992-ci ilin fevralın 26-sı Xocalıda qəhrəmancasına həlak olub. Onun digər iki qardaşı Hasil və Vidadi Aslanovlar isə eyni gündə, 1993-cü ilin 23 iyulunda Ağdam işğal olunduğu gün şəhid olublar.

08.08.2024 09:54
458

(MGID): :
OXŞAR XƏBƏRLƏR