Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər barəsində məhkəmə QƏRAR VERDİ.. VİDEO /FOTO
Səbail Rayon Məhkəməsində Bakıda Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər edib videosunu sosial şəbəkədə paylaşan əcnəbilərin barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Panarama.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, prosesdə təqdimatlar təmin edilib və həmin şəxslərin hər biri barəsində üç ay həbs qətimkan tədbiri seçilib.
17:23
Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkib paylaşan əcnəbilərin məhkəməsi başlayıb.
Panarama.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, Səbail Rayon Məhkəməsində hər üç əcnəbi hakim qarşısına çıxarılıb.
Hazırda onların barəsində həbs qətimkan tədbiri seçilir.
Məhkəmə prosesi qapalı keçirilir.