68a2d2d3512ef202508251427

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı... VİDEO

18 Avqust 2025
91

Bakıda bir qrup xarici vətəndaş Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb. 

Panarama.az Axşam.az-a istinadla xəbər verir ki, yayılan görüntülərdə ərəb turist olduqları deyilən şəxslərin sözügedən xiyabanda qəbuledilməz hərəkətlər etdikləri görünür.

İctimaiyyətin haqlı narazılığına səbəb olan həmin əcnəbilər artıq polis əməkdaşları tərəfindən saxlanılıb. Onların əməlinə hüquqi qiymət veriləcək.