64dfcbc327d49202308235131
Səhiyyə Nazirliyindən VACİB AÇIQLAMA - Uşaqlar arasında yeni VİRUS YAYILIB

Bu gün Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb, qızdırma, öskürək kimi əlamətlərlə müşahidə olunur.


Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bildirib ki, son zamanlarda uşaqlar arasında adenovirus yoluxmalarına rast gəlinir.


Onun sözlərinə görə, bu, üst tənəffüs yolunu tutan virusdur.


"Virus yüksək temperatur, əvvəl quru, daha sonra isə bəlğəmli öskürəklə müşahidə olunur. 5-6 gündən sonra əlamətlər yavaş-yavaş azalır", - deyə Ə.Quliyev bildirib.


"Uşaqlar bir-biri ilə yaxın təmasda olanda virusu hava-damcı yolu ilə ötürə bilirlər. Bəzi hallarda gözlərdə konyuktivit, mədə-bağırsaqda narahatlıq da müşahidə olunur. Virusun müalicəsi simptomatikdir", - deyə o əlavə edib.//trend.az

18.08.2023 23:51
156

(MGID): :
OXŞAR XƏBƏRLƏR