6630728f4183b202404242447
Səhvən göndərdiyiniz pulu belə qaytara bilərsiz – Problemin həlli tapıldı / VİDEO

Bir çoxlarının yaşadığı problemlərdən biri yanlış bank kartına səhvən pul köçürməsidir. 

Panarama.az Medianews.az-a istinadən xəbər verir ki,  Azərbaycan Banlar Asossiyasiyasının eksperti Emil Rüstəmov bu halın adətən kartın 16 nömrəli şifrəsini səhv yazanda olduğunu bildirib.

Həmçinin qeyd edib ki, bəzən telefonun kart skayner funksiyası məlumatı düzgün oxumayanda da bu baş verir. Emil Rüstəmov bu barədə “İqtiasdi Zona” verilişinə danışıb:

“Adətən mobil tətbiqlərdə xüsusi “LUM” alqoritmi ilə o həmin kart məlumatlarının düzgünlüyü yoxlanılır. Yəni bu alqoritim 16 rəqəmin beynəlxalq ödəniş sistemləri tərəfindən verilən düzgün qaydalar çərçivəsində tərtib olunub-olunmadığın bildirir”.

Ekspert onu da qeyd edib ki, səhvən başqasının kartına pul göndərən şəxs ilk növbədə öz bankına müraciət etməlidir. Bank da səhvən göndərilən kartın hansı banka aid olduğunu müəyyənləşdirir və müştəriyə problemi həll etməkdə dəstək olur. Lakin bank bu dəstəyi göstərməyə də bilər. Çünki qanunvericilikdə belə bir şey yoxdur.

Daha ətraflı video-materialda:


30.04.2024 08:22
369

(MGID): :
OXŞAR XƏBƏRLƏR