64f846c8014bd202309233048
Şəkərli diabet xəstələrinin diqqətinə - Bu 4 ÜSULU sınayın

Şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində meydana çıxan hiperqlisemiya (qan şəkərini yüksəlməsi) ilə gedən xroniki metabolik xəstəlikdir.


Şəkərli diabet xəstəliyinin əlamətləri hansılardır?


  1. Susuzluq;
  2. Tez-tez sidiyə getmə;
  3. Çəki itirmə;
  4. Sidik yollarının infeksiyası;
  5. Bulanıq görmə;
  6. Qaşınma;
  7. Yorğunluq;
  8. Dəridə və ağızda quruluq;
  9. Ayaqlarda keyimə.


Şəkərli diabetin müalicəsində istifadə edilən preparatların hazırlanması.


I üsul. 1 çay qaşığı kətan toxumu, hərəsindən 1 xörək qaşığı lobya qabığı, qızıl bığ yarpağı, qarağat yarpağı, 2 xörək qaşığı vələmir, somam götürün. Bu qarışıqları 600 ml qaynar suya töküb su hamamının üzərinə qoyub 10 dəqiqə qaynadıb bişirin. Sonra aldığınız ekstraktı 30 dəqiqə dəmləyib süzün. Dəmləmədən gündə 5-6 dəfə yeməkdən qabaq qəbul edin.


II üsul. 1 xörək qaşığı doğranmış qovaq qabığı götürüb 5 stəkan qaynar suya tökün və 30 dəqiqə qaynadıb, 2-3 saat dəmləyib süzün. Sonra dəmləmənin üzərinə Г çay qaşığı qızıl bığ şirəsi əlavə edib qarışdırın. Aldığınız ekstrakdan gündə 0,2-0,25 stəkan həcmində yeməkdən qabaq qəbul edin.

Müalicə kursu 3 aydır. Lazım gələrsə müalicənin vaxtını uzada bilərsiniz. Müalicə şəkər diabetinin başlanğıc dövrlərində daha çox efektli olur.


III üsul. 5 xörək qaşığı bıtraq kökü, 4-xörək qaşığı mərci yarpağı, hərəsindən 2-xörək qaşığı qarğıdalı saçağı, adi danotu, qızıl bığ və yarpız qabığı götürün və qarışdırın. Qarışıqdan 3 xörək qaşığı götürüb termosa töküb üzərinə 500 ml qaynar su əlavə edin. 7-8 saat dəmlədikdən sonra süzün. Aldığınız ekstraktdan gündə 3 dəfə stəkanın 0,3 hissəsi qədər götürüb yeməyə 20-30 dəqiqə qalmış qəbul edin.


IV üsul. 1 xörək qaşığı şirincin güləmeyvəsindən alman şirədən götürüb 1 xörək qaşığı bal ilə qarışdırıb gündə 3-4 dəfə yeməkdən sonra qəbul edin. 1 stəkan qatığın və yaxud kefırin tərkibinə 1 çay qaşığı qıtıqotu sıyığından əlavə edin. Aldığınız məlhəmdən gündə 3 dəfe nahara 1 saat qalmış qəbul edin. Müalicəni hər 2-3 aydan-bir 15-20 gün ərzində təkrar etmək məsləhətdir. 391 1,5 xörək qaşığı bağayarpağının təzə toxumlarından götrüb 1 stəkan qaynar suya töküb zəif od üzərinə qoyun və 5 dəqiqə qaynadıb bir saat dəmləyib süzün. Aldığınız ekstraktdan gündə 3 dəfə 1 xörək qaşığı yeməyə 20-30 dəqiqə qalmış qəbul edin. Şəkərli dabetin müalicəsində köməkçi vaistə kimi 2 xörək qaşığı doğranmış tradeskansiya yarpağindan götiüb, 1 stəkan qaynar suya töküb 1 saat dəmləyib, süzün. Gündə 3 dəfə yeməyə yanm saat qalmış stəkanın1/3 hissəsi qədər qəbul edin. Müalicə kursu 3-4 həftədir. Bir ay istirahət verdikdən sonra müalicəni yenidən təkrar edin. Şəkərli diabetin müalicəsi zamanı başınağacı giləmeyvəsindən də istifadə edilir. Bunun üçün 1 xörək qaşığı qurudulub xırda hissələrə salınmış başınağacı meyvəsindən götrüb 1 stəkan qaynar suya töküb 3-4 saat dəmləyib süzün. Aldığınız dəmləmədən gündə 2-3 dəfə stəkanın 1/4 hissəsi qədər yeməyə yarım saat qalmış qəbul edin. Şəkər xəstəliyi zamanı zoğal meyvəsindən də istifadə etməyi məsləhət görürlər. Bunun üçün təzə yetişmiş zoğal giləmeyvəsini soyuq su ilə yuyub şirəsini hazrlayin və gündə 50 ml-dən başlayıb 70 ml, sonra isə 100 ml yeməyə yanm saat qalmış qəbul edin. Şəkərli diabetin müalicəsində köməkçi vasitə kimi otlardan hazırlanmış çaylardan da istifadə etmək olar. Bunun üçün qurudulmuş qaragilə, çiyələk yarpağı və lobya qabığını götürüb, üzərinə 1 çay qaşığı doğranmış itburnu meyvəsi, boymadərən çiçəyi töküb qarışdırın. Qarışıqdan 3 xörək qaşığı 2 stəkan qaynar suya töküb 1 saat dəmləyib süzün. Aldığınız dəmləmədən gündə 3 dəfe 1 xörək qaşığı yeməyə 30 dəqiqə qalmış qəbul edin. 1 xörək qaşığı qaragilə yarpağı, 1 xörək qaşığı gicitikən yarpağı, vələmir çiçəyindən, 1 çay qaşığı doğranmış itburnu meyvəsindən, bıtraq və zəncirotu köklərindən götürüb qarışdırın.

Qarışıqdan 1 xörək qaşığı götürüb 1 stəkan qaynar suya tökün və zəif od üzərinə qoyub 20 dəqiqə saxlayın. Sonra 30 dəqiqə dəmləyin. Aldığınız dəmləməni çay kimi için. Hər 3-4 həftədən bir 5-10 gün istirahət verdikdən sonra, müalicəni yenidən davam etdirin. Şəkərli diabetin müalicəsində kasnı kökündən də istifadə etmək olar. 10 q damotu yarpağı, 15 q çiyələk yarpağı, 20 q tut yarpağı götürün. Qarışıqdan 1 xörək qaşığı götürüb 1 stəkan qaynar suya töküb, zəifod üzərinə qoyun və 3-5 dəqiqə saxlayıb 1 saat dəmləyib süzün. Aldığınız ekstraktdan gündə 3 dəfə 2 xörək qaşığı yeməkdən sonra qəbul edin. Yaşlı insanlar üçün: lobyanın qabıq hissəsi və qaragilə yarpağından 2 xörək qaşığı götürüb 400 ml qaynadılmış suya töküb, qaynama dərəcəsinə gətirin və 1 saat dəmləyib süzün. Ekstraktdan gündə 3-4 dəfə stəkanın 1/2 hissəsi qədər yeməkdən 20-30 dəqiqə sonra qəbul edin. Müalicə kursu 2 aydır. Hər 2 aydan bir 2 həftə istirahət verib müalicəni təkrar çdin. 392 2 hissə lobya qabığı, 2 hissə qaragilə yarpağı, 2 hissə yulafsamanı, 1 hissə kətan toxumu götürüb qarışdırın. Sonra xırdalanmış qarşıqdan 3 xörək qaşığı 600 ml qaynar suya töküb zəif od üzərinə qoyub 20 dəqiqə qaynadın və soyudub süzün.

Aldığınız dəmləmədən gündə 3 dəfə 3 xörək qaşığı yeməkdən əwəl qəbul edin. Müalicə kursu uzunmüddətlidir. 20 q çöl qatırquyruğu, 20 q quş qırxbuğumu, 20 q çiyələk yarpağı götürün. Qarışıqdan 1 xörək qaşığı götrüb 1 stəkan qaynar suya töküb 5-10 dəqiqə qaynadın. Sonra süzüb gündə 3-4 dəfə yeməyə 20-30 dəqiqə qalmış qəbul edin. 1 stəkan qaynar suya, 1 xörək qaşığı maral kökü əlavə edin və zəifod üzərinə qoyub 20 dəqiqə dəmləyib süzün. Aldığınız dəmləmədən gündə 2 dəfə 1 xörək qaşığı-yeməkdən sonra qəbul edin. 3 hissə qan qırmızı rəngli yemişan meyvəsi, 3 hissə gicitkən, 2 hissə kətan toxumu, 1 hissə yarpız yarpağı, 5 hissə ürəkotu, 4 hissə qulançarın kök və cavan zoğundan, 4 hissə kəklikotu, 7 hissə qaragilə yarpağı, 3 hissə itburnu meyvəsi, 4 hissə mərsin yarpağı, 2 hissə dazıotu, 4 hissə qarğıdalı saçağı, 5 hissə atbıtrağı kökü, 2 hissə yarpız yarpağı, 3 hissə qoz yarpağı, 2 hissə yasəmən tumurcuğu, 3 hissə qaragilə yarpağı, 1 hissə itburnu kökü götürün. Hər axşam hər bir qarışıqdan növbə ilə 2-3 xörək qaşığı götürüb termosa töküb üzərinə 0,5 litr qaynadılmış su əlavə edib, səhərə qədər dəyməyin. Aldığınız ekstraktı süzüb isti halda yeməyə 20-30 dəqiqə qalmış qəbul edin. 2 xörək qaşığı təzə qurudulmuş .kasnının kök və yarpağının üzərinə 1,5 stəkan qaynar su əlavə edib, termosda 2 saat dəmləyib süzün.

Aldığınız ekstraktın üzərinə bərabər miqdarda bitkinin kökündən hazırlanan şirəsindən qatıb gündə 2-3 dəfə stəkanın 2/3 hissəsi qədər yeməyə yarım saat qalmış qəbul edin. 2 xörək qaşığı qurudulmuş su gülündən götürüb 1 stəkan arağın üzərinə töküb qaranlıq yerdə bir həftə dəmləyib süzün. Aldığınız cövhərdən gündə 2-3 dəfə 15-20 damcı və yaxud 0,5 çay qaşığı qəbul edin. Qanda şəkərin miqdarının sabit qalmasında mühüm rol oynayan vasitələrdən biri də ətirli mixəkdir. Bunun üçün 50 ədəd mixəkdən götürüb 1 litr isti suya töküb qapaqla örtün və yun parçaya büküb 7 gün qaranlıq otaqda saxlayın. Sonra götürüb süzün və gündə 3 dəfə 1 xörək qaşığı qəbul edin. 1 ay istirahət verin. Yenidən 1 ay qəbul edib, 1 ay istirahət verməklə əməliyyatı bir il ərzində göstərilən sxem üzrə davam etdirin.

06.09.2023 13:27
367

(MGID): :
OXŞAR XƏBƏRLƏR