64dfc4f4c3c4e202308232228
Şəkidə 3 uşaq faciəvi şəkildə vəfat etdi - FOTO

Şəkidə ağır yol qəzası baş verib.

Panarama.az  Metbuat.az-a istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində "Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

18.08.2023 23:20
156

(MGID): :
OXŞAR XƏBƏRLƏR