Şəkidə sirkə içən kişi ölüb.
Panarama.az Lent.az-a istinadən bildirir ki, məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb. Bilalov Tahir Sabir oğlu yaşadığı evdə olarkən spirtli içkinin təsiri altında soyuducudakı sirkə turşusunu su bilərək içib. O, həmin vaxt evdə olan ailə üzvləri tərəfindən dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Lakin görülən tədbirlərə baxmayaraq, orada ölüb.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.