64eaf0577ce2e202308234231
Səlahiyyətlilər hərəkətə keçdi: ŞƏHƏR TƏHLÜKƏDƏ

İtaliyanın paytaxtı Romanın tarixi və turistik yerlərinə siçanlar doluşub.

Panarama.az “Unikal”-a istinadən xəbər verir ki, şəhərin dünyaca məşhur görməli yerlərindən biri olan Kolizey ətrafında görünən siçovullar və onların sosial mediada əks olunan görüntüləri paytaxtda həyəcana səbəb olub.

İtaliya mətbuatında yer alan xəbərlərdə Roma Bələdiyyəsi Ətraf Mühit İdarəsinin xüsusilə Kolizeydə siçovulların göründüyü yerlərdə hərəkətə keçdiyi, bəzi yerlərdə tələlərin qoyulması və zibillərin toplanması işini sürətləndirdiyi qeyd edilib.

Digər tərəfdən, İtaliya Otelçilər Federasiyası Romadakı vəziyyətin bütün dünya üçün pis nümunə olduğunu bildirib.

İtaliyanın Rainews24 kanalı “Romada romalılardan daha çox siçovul var” başlıqlı xəbərində paytaxtda təxminən 7 milyon siçovulun olduğu təxmin edildiyini bildirib.

27.08.2023 10:40
144

(MGID): :
OXŞAR XƏBƏRLƏR